NAXÇIVAN :

20 Yanvar 2026, Çərşənbə axşamı

Məhkəmə ekspertizası sahəsində dövlət standartları hazırlanıb qəbul ediləcək

...

Məhkəmə ekspertizası sahəsində dövlət standartları hazırlanıb qəbul ediləcək.

"Şərq qapısı" xəbər verir ki, bu, Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında məhkəmə ekspertizası sahəsinin inkişafına dair 2026 ─ 2030-cu illər üçün Konsepsiya”sında əksini tapıb.

Sərəncama əsasən, Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi, Səhiyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Müdafiə Nazirliyi 2026 ─ 203-cu illər ərzində standartlaşdırma üzrə texniki komitə tərəfindən dövlət standartları layihələrinin hazırlanmasını, dövlət standartları layihələrinin razılaşdırılmasını və dövlət standartlarının qəbulu, dövlət reyestrinə və fonduna daxil edilməsini təmin etməlidir.

Nəşr edilib : 11.12.2025 14:51