NAXÇIVAN :

21 Iyul 2026, Çərşənbə axşamı

Media: “YAŞAT” yay məktəbləri ölkələr arasında münasibətlərin inkişafına töhfə verir

...

Türkiyənin aparıcı çap media orqanlarından biri olan “Hürriyet” qəzeti Londonda bp-nin sponsorluğu və “Azərbaycan Hava Yolları” ilə tərəfdaşlıq çərçivəsində “YAŞAT” Fondu tərəfindən təşkil edilən dördüncü “YAŞAT” yay məktəbinin başlanması barədə oxucu auditoriyasını məlumatlandırıb.
“Şərq qapısı” xəbər verir ki, məşhur nəşrdə “YAŞAT” yay məktəbində şəhid ailələrindən olan 10 uşağın iştirak etdiyi diqqətə çatdırılıb.
Məqalənin müəllifi Samir Aslan yazıb ki, London Universitet Kollecində ikihəftəlik proqramın məqsədi üfüqləri genişləndirmək, şəhid övladlarının dil üzə bilik və bacarıqlarını artırmaq, onların mədəniyyətlərarası mübadilədə fəal iştirakını təmin etmək və yeni əlaqələr qurmaqdır.
“Yay məktəbinin iştirakçıları hər gün üç saatlıq ingilis dili dərslərində iştirak edəcək, Böyük Britaniya paytaxtının görməli yerləri ilə tanış olacaqlar. “YAŞAT” Fondunun təşəbbüsünün gələcək illərdə də davam etdirilməsi gözlənilir”, - deyə məqalədə vurğulanıb.
Həmçinin “YAŞAT” yay məktəblərinin ölkələr arasında münasibətlərin inkişafına töhfə verdiyi qeyd olunub.

Nəşr edilib : 21.07.2026 18:37