Naxçıvan Şəhər İcra Hakimiyyətində Qurban bayramı ...
17:05 06.06.2025
0
0
0
NAXÇIVAN :
06 Iyun 2025, Cümə
Bu gün Tacikistan Respublikasının paytaxtı Düşənbə şəhərində Müstəqil Dövlətlər Birliyinin Hökumət Başçıları Şurasının iclasında təsdiq edilən sənədlər açıqlanıb.
"Şərq qapısı" xəbər verir ki, iclasda MDB-də əhalinin sağlamlığının qorunması sahəsində əməkdaşlığa dair yenilənmiş Konsepsiya təsdiqlənib.
Bu sənəd 20 ildən artıq əvvəl qəbul edilmiş sənədin yeni redaksiyası olmaqla, “sağlamlığın qorunması” anlayışına müasir yanaşmanı və birgə fəaliyyətin prinsiplərini özündə ehtiva edir. Sənəddə eyni zamanda, əhalinin sağlam həyat tərzinə təşviqi və ictimai sağlamlığın möhkəmləndirilməsinə dair vəzifələr müəyyənləşdirilib. Konsepsiyada elmi və innovativ tədqiqatlar, tibbi və farmasevtik sahədə birgə layihələrin təşkili də nəzərdə tutulur.
MDB Könüllülər Forumunun Əsasnaməsi təsdiqlənib. Yeni sənədə əsasən, Forum hər il keçiriləcək və üzv dövlətlərin gəncləri arasında təcrübə mübadiləsinə, beynəlxalq əməkdaşlığın gücləndirilməsinə töhfə verəcək. Forum hər dəfə bir MDB ölkəsində təşkil olunacaq.
İclasda, həmçinin, MDB ölkələrinin silahlı qüvvələrinin birgə rabitə sisteminin yaradılması və idarə olunmasına dair texniki təşkilati prinsipləri özündə əks etdirən sənəd də qəbul edilib. Bununla yanaşı, Dövlət və ictimai teleradio təşkilatları rəhbərləri Şurasının yenilənmiş Əsasnaməsi və 2030-cu ilə qədər MDB məkanında radiasiya, kimyəvi və bioloji vəziyyətin monitorinq və qiymətləndirmə sisteminin inkişafına dair əsas istiqamətlər və tədbirlər təsdiqlənib.
Sonda MDB Hökumət Başçıları Şurasının üzvləri “MDB-də turizmin inkişafına görə” adlı yeni döş nişanının təsis edilməsi barədə qərar qəbul ediblər. Qərara uyğun olaraq, nişanın verilmə qaydası, təsviri və müvafiq şəhadətnamənin forması da təsdiqlənib.
Digər xəbərlər