NAXÇIVAN :

02 Dekabr 2024, Bazar ertəsi

Mavritaniya İslam Respublikasının Prezidenti Zati-aliləri cənab Məhəmməd uld Şeyx əl-Qazuaniyə

...

Hörmətli cənab Prezident,

Mavritaniya İslam Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

COP29-da iştirak etmək üçün Azərbaycana səfərinizi məmnunluqla xatırlayıram.

İnanıram ki, Azərbaycan-Mavritaniya münasibətlərinin dostluq məcrasında inkişafı, həm ikitərəfli, həm də çoxtərəfli təsisatlarda səmərəli əməkdaşlığımızın davam etdirilməsi yolunda bundan sonra da birgə səylər göstərəcəyik.

Bu bayram günündə Sizə ən xoş arzularımı çatdırır, dost xalqınıza daim əmin-amanlıq və rifah diləyirəm.

Hörmətlə,

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 25 noyabr 2024-cü il

Nəşr edilib : 28.11.2024 11:06