NAXÇIVAN :

07 Sentyabr 2026, Bazar ertəsi

Mateuş Koxalski “Qarabağ”la vidalaşıb

...

Azərbaycan Premyer Liqasının IV turu çərçivəsində “Araz-Naxçıvan”la keçirilən qarşılaşmadan sonra Ağdamın “Qarabağ” futbol klubunun qapıçısı Mateuş Koxalski komandadan ayrılıb.

"Şərq qapısı" xəbər verir ki, bu barədə polşalı qolkiper jurnalistlərə açıqlamasında bildirib. Oyundan sonra futbolçu tribunalara yaxınlaşaraq azarkeşlərlə vidalaşıb.

Qeyd edək ki, Koxalski 2024-cü ildə “Stal”dan (Melets) “Qarabağ”a keçib. Qapıçı 76 oyunda 28 dəfə qapısını “toxunulmaz” saxlayıb.

Nəşr edilib : 06.09.2026 23:15