Naxçıvan Muxtar Respublikasında 23 noyabra gözləni...
23:45 22.11.2024
0
0
0
NAXÇIVAN :
23 Noyabr 2024, Şənbə
Sentyabrın 7-də Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin təşkilatçılığı ilə maliyyə və mühasibatlıq sahəsində çalışanlar və peşəkar mühasib sertifikatı (PMS) imtahanlarına hazırlaşanlar üçün “Vergi qanunvericiliyi: mürəkkəb məqamlara sadə izah” mövzusunda seminar keçirilib.
Tədbirdə maliyyə nazirinin müavini Elvin Əlimərdanov seminarın əhəmiyyətindən danışıb. Bildirib ki, seminarı təşkil etməkdə məqsəd maliyyə, vergi və mühasibat uçotu sahəsində fəaliyyət göstərən işçilərin peşəkarlığını artırmaq və peşəkar mühasib sertifikatı (PMS) imtahanlarına hazırlaşanlar üçün praktiki nümunələr göstərilməklə vergi qanunvericiliyinin mürəkkəb məqamlarına izah verməkdən ibarətdir.
Daha sonra nazir müavini maliyyə, vergi və mühasibat uçotu sahəsində çalışanların bilik və bacarıqlarının artırılması və onların peşəkar mühasib sertifikatı imtahanlarında uğurlu nəticə əldə etməsi məqsədilə təşkil olunan təlimlərin, seminarların və sınaq imtahanlarının ənənəvi hal alacağını, bu istiqamətdə görülən işlərin davamlı olacağını qeyd edib.
Təşkilati-hüquqi formasından asılı olmayaraq, muxtar respublikanın maliyyə, vergi və mühasibat uçotu sahəsində fəaliyyət göstərən müəssisə və təşkilatlarında çalışan və bu sahəyə marağı olan şəxslərin iştirakı ilə keçirilən seminarda Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin əməkdaşı, vergi eksperti İsmayıl Bağırov ilk olaraq vergi qanunvericiliyinə dair təqdimatlar göstərərək vergi qanunvericiliyi sisteminə daxil olan normativ-hüquqi aktlar, PMS proqramına uyğun imtahanlara düşən suallar, eyni zamanda Vergi Məcəlləsinin tətbiq olunduğu sahələr barədə ətraflı məlumatlar verib.
Daha sonra seminar sual-cavab formatında davam edərək vergi qanunverciliyinin tətbiqi zamanı iştirakçıların qarşılaşdığı ən çətin məqamlara dair sualları cavablandırılıb və mövzular ətrafında geniş müzakirələr aparılıb.
Digər xəbərlər