Naxçıvan məktəblərində təyyarə qəzasında həlak ola...
16:55 26.12.2024
0
0
0
Böyük Britaniyanın paytaxtı Londonda keçirilən “Mühasiblərin Zirvə Toplantısı 2024” Beynəlxalq Sammiti çərçivəsində mühasibatlıq dünyasının Oskarı sayılan LUCA mükafatının təqdimat mərasimində Naxçıvan Muxtar Respublikasının maliyyə naziri Həsən İsmayılov mükafata layiq görülüb. Nazir “Maliyyə peşəsinin inkişafına verdiyi töhfəyə görə” LUCA nominasiyası üzrə mükafatlandırılıb.
Mükafatlandırma zamanı nazir LUCA mükafatının yalnız yüksək peşəkarlığın və maliyyə sahəsindəki nailiyyətlərin tanınması deyil, həm də beynəlxalq səviyyədə tərəfdaşlıqlarımızı və inamımızı gücləndirmək üçün bir təkan rolu oynadığını qeyd edib. Həmçinin maliyyə sektorunda şəffaflıq və innovasiyaların təşviqi istiqamətində atılan addımların bu mükafatla daha da əhəmiyyətli göründüyünü və daha böyük nailiyyətlərə sövq etdiyini vurğulayıb.
Qeyd edək ki, LUCA mükafatı Luca Paciolinin şərəfinə təsis edilmiş və maliyyə sahəsinin yüksək nailiyyətlərini tanıdan nüfuzlu mükafatdır.
Digər xəbərlər