Azərbaycan səfiri İranın vitse-prezidenti ilə iqli...
19:38 21.12.2024
0
0
0
Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 5 iyun tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın 2023-2024-cü illər üzrə Təfsilatlı Tədbirlər Planı”nın icrası Naxçıvan Muxtar Respublikası Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən prioritet istiqamət olaraq hədəflənib və bu kontekstdə işlər davam etdirilir.
Bu sözləri jurnalistlərlə brifinqdə Naxçıvan Muxtar Respublikası Dövlət Su Ehtiyatları Agentliyinin sədri vəzifələrinin müvəqqəti icraçısı, sədr müavini Malik Rzayev söyləyib.
O qeyd edib ki, Dövlət Proqramında nəzərdə tutulmuş əsas 15, alt tədbir kimi 25-i layihələndirmə, 2-si tikinti, 1-i isə texnika parkının yenilənməsi olmaqla, ümumilikdə, bütün tədbirlərin icrasına başlanılıb. Layihələndirməli olan tədbirlərdən 6-sı təchizatçılar tərəfindən yekunlaşdırılıb, 2-si isə Fövqəladə Hallar Nazirliyi tərəfindən təsdiq olunub. Digər layihələrin satınalma prosesi davam etdirilir və bir neçəsi isə ekspertiza rəyinin alınması üçün FHN-nə göndərilib. Texnika parkının yenilənməsi ilə bağlı tədbir isə uğurla icra edilib. Belə ki, su infrastrukturunun idarə olunması məqsədilə texnikalar alınaraq maddi-texniki baza gücləndirilib. Ümumilikdə, agentlik tərəfindən Naxçıvanda Dövlət Proqramında nəzərdə tutulmuş bütün tədbirlərin icrası uğurla aparılır.
Digər xəbərlər