NAXÇIVAN :

20 May 2026, Çərşənbə

Maka Boçorişvili: WUF13 kifayət qədər yüksək səviyyədə təşkil olunub

...

Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) Bakıda kifayət qədər yüksək səviyyədə keçirilir. Əlbəttə ki, Gürcüstanın bu tədbirdə Baş nazir səviyyəsində təmsil olunması, şəhərsalma ilə bağlı məsələlərin və bu istiqamətdəki nailiyyətlərimizin müzakirəsi baxımından vacib idi.
“Şərq qapısı” xəbər verir ki, bu sözləri Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili jurnalistlərə açıqlamasında söyləyib.
Onun sözlərinə görə, Bakıda keçirilən görüşlər, aparılan danışıqlar, imzalanmış müqavilələr Gürcüstan və Azərbaycan arasında strateji əməkdaşlığın dərinləşməsinə töhfə verəcək, Gürcüstanın tranzit imkanlarını əhəmiyyətli dərəcədə artıracaq.

Nəşr edilib : 18.05.2026 20:30