Ceyhun Bayramov ilə Hakan Fidan arasında telefon d...
19:42 27.06.2026
0
0
0
Dövlət İmtahan Mərkəzi (DİM) “Magistr” jurnalının 5-ci nömrəsini nəşr edib.
"Şərq qapısı"nın məlumatına görə, DİM-dən bildirilib ki, jurnalın bu nömrəsində 2025/2026-cı tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin magistraturalarına qəbul olanların siyahısı, ixtisaslaşmalar üzrə minimal keçid balları, o cümlədən dövlət sifarişi üzrə müsabiqə nəticəsində formalaşmış keçid balları və digər zəruri məlumatlar dərc olunub.
Jurnalın elektron versiyasını (PDF formatda) www.abiturient.az saytından və ya DİM-in internet saytının “Elektron xidmətlər” bölməsində “DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı” xidməti vasitəsilə ödəniş əsasında əldə etmək mümkündür.
Digər xəbərlər