Türkiyənin Milli Təhlükəsizlik Şurasının baş katib...
23:01 12.05.2025
0
0
0
NAXÇIVAN :
13 May 2025, Çərşənbə axşamı
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Naxçıvan Dövlət Universitetinin birgə təşkilatçılığı ilə Şahbuz şəhərində “Reproduktiv sağlamlıq və ailə dəyərləri” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan Şahbuz Rayon İcra Hakimiyyətinin əməkdaşı Nubar Səfərova cəmiyyət üçün sözügedən mövzunun əhəmiyyətini vurğulamışdır.
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aytən Məmmədova çıxış edərək bildirib ki, Azərbaycan ailəsi özünəməxsusluğu, yüksək mənəvi dəyərlərə bağlılığı ilə seçilir. Cəmiyyətin həyatında ailənin, xüsusən də anaların rolu mühüm əhəmiyyətə malikdir. Bu da səbəbsiz deyildir. Çünki hər bir qadının ən müqəddəs vəzifəsi analıq şərəfinə çatmaqdır, ailənin şah obrazı anadır. Bu gün Azərbaycan ailələrində ailə üzvlərinin bir-birinə nəvazişi, nəzakəti, hörmətinin belə yüksək zirvədə olması milli dəyərlərimizin cəmiyyətdə, ailədə yüksək formada təkmilləşməsi, ailə dəyərlərimizin bu səviyyəyə çatmasında qadının rolu kifayət qədər nəzərəçarpandır. Aytən Məmmədova, həmçinin erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrindən də bəhs etmişdir.
Daha sonra Naxçıvan Dövlət Universitetinin Klinik fənlər və hərbi tibb kafedrasının müdiri, tibb elmləri üzrə fəlsəfə doktoru, dosent Gültəkin Əliyeva təqdimatla çıxış edərək vurğulayıb ki, reproduktiv sağlamlıq həm ayrı-ayrı şəxslər, həm də bütövlükdə, ailə üçün böyük əhəmiyyət kəsb edərək cəmiyyət və millətin sosial-iqtisadi inkişafının səviyyəsini xarakterizə edir. O həmçinin qeyd etmişdir ki, hamiləliyin rahat keçməsi üçün gələcək analar, ilk növbədə, öz sağlamlıqlarına diqqət yetirməli və bu dövr haqqında kifayət qədər maariflənməlidirlər. Uşaqların sağlam doğulmasında ananın rolu və həkimin əhəmiyyəti çox böyükdür. Ana və həkim birgə şəkildə düzgün addımlar atarsa, sağlam uşaq dünyaya gətirmək ehtimalı xeyli artır.
Diskussiya formatında keçən tədbirdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb, sonda mövzu ilə bağlı broşürlər paylanılıb.
Digər xəbərlər