NAXÇIVAN :

18 Aprel 2026, Şənbə

Ləzzət Group dünyanın ən nüfuzlu qida sərgilərindən biri olan ISM Middle East 2025 sərgisində iştirak edir

...

15-17 sentyabr tarixlərdə Ləzzət Group dünyanın ən nüfuzlu qida sərgilərindən biri olan ISM Middle East 2025 sərgisində iştirak edir.  Dubai World Trade Centre-də keçirilən tədbirdə Ləzzət Group öz məhsullarını beynəlxalq bazara təqdim etməklə Azərbaycan qida sənayesinin potensialını nümayiş etdirmək imkanı əldə edir.
Ləzzət Group sərgidə müxtəlif istehsal sahələrindən olan ixrac və ixrac potensiallı məhsulları ilə çıxış edir. Qida sahəsində şirkət Tammy və Juiz meyvə şirələri, şirniyyat qrupunda Lay Lay, Valls, Çayka, Amasi, Olley, Share, Zarya markaları, Ləzzət lokumları ilə təmsil olunur.      

Qəlyanaltı seqmentində isə Nati balıq krekerləri və Limo qarğıdalı çubuqları ilə məhsullarını sərgi iştirakçılarına təqdim edir.
Bu tədbir Azərbaycan məhsullarının keyfiyyətini və rəqabətqabiliyyətini qlobal miqyasda nümayiş etdirmək üçün mühüm platformadır. ISM Middle East beynəlxalq tərəfdaşlarla əməkdaşlıq qurmaq və ixrac potensialını daha da artırmaq üçün əvəzsiz imkan yaradır.

Nəşr edilib : 17.09.2025 15:05