NAXÇIVAN :

18 Aprel 2026, Şənbə

Laçında Zəfər yürüşü keçirilib

...

İşğaldan azad olunan Laçında Zəfər Gününün beşinci ildönümü ilə əlaqədar keçirilən hərbi yürüş başa çatıb.

"Şərq qapısı" xəbər verir ki, yürüşdə Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Laçın Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin rəsmiləri də iştirak ediblər.

Yürüş polis əməkdaşlarının müşayiəti ilə şəhərin küçələri boyunca davam edib.

10:12

İşğaldan azad olunan Laçında Zəfər Gününün beşinci ildönümünə həsr olunan hərbi yürüş keçirilir.

"Şərq qapısı" xəbər verir ki, Laçın şəhər mərkəzində yerləşən Bayraq meydanından başlayan yürüşdə hərbi qulluqçuların nizam-intizamı, mərd duruşu və qələbə ruhu şəhərin küçələrində hər addımda hiss olunur. Sakinlər yolboyu toplaşaraq qəhrəman əsgərləri alqışlarla qarşılayır, onlara olan ehtiram və qürur hissini ifadə edirlər.

Nəşr edilib : 06.11.2025 11:24