NAXÇIVAN :

22 Aprel 2026, Çərşənbə

Kursantlar Özbəkistan Respublikasında keçirilən yarışda iştirak edirlər

...

Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Heydər Əliyev adına və Cəmşid Naxçıvanski adına Hərbi liseylərin kursantları Özbəkistan Respublikasının Çirçik şəhərində yerləşən Quru Qoşunları İnstitutunda yeniyetmələr arasında keçirilən "Vətənpərvərlər" hərbi-idman yarışlarında iştirak edirlər. 
Yarışda Özbəkistanla yanaşı, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Belarusiya və Rusiyadan komandalar iştirak edir və yarışın keçirilməsində əsas məqsəd yeniyetmələr arasında dostluq münasibətlərinin qurulmasıdır.
Tədbirdə atıcı silahların sökülüb yığılması, maneələr zolağından keçmə, atış, hərbi estafet, kəndirdə və turnikdə dartınma idman növləri üzrə yarışlar həyata keçirilir. 
Tədbir aprel ayının 25-nə kimi davam edəcək.

Nəşr edilib : 22.04.2026 22:09