NAXÇIVAN :

26 Mart 2025, Çərşənbə

Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq

...

Martın 5-6-da Naxçıvan Muxtar Respublikasında gözlənilən küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq verilib.
Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzinin məlumatına görə,  muxtar respublikanın bütün rayonlarında, dağlıq ərazilərdə fasilələrlə qərb küləyi əsəcək. Bəzi yerlərdə küləyin sürəti  15-20 m/san təşkil edəcək.
Qərb küləyinin fonunda temperaturun tədricən yüksələcəyi gözlənilir ki, bununla bağlı yüksək dağlıq ərazilərdə qar uçqunu olması ehtimalı var.

Nəşr edilib : 05.03.2025 14:54