NAXÇIVAN :

08 Iyun 2025, Bazar

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

...

Milli Hidrometeorologiya Xidməti mayın 30-da bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib.

"Şərq qapısı" xəbər verir ki, bu barədə xidmətdən bildirilib.

Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikası, Kəlbəcər, Laçın, Zəngilan, Füzuli, Naftalan, Goranboy, Mingəçevir, Gəncə, Daşkəsən, Gədəbəy, Göygöl, Şirvan, Hacıqabul, Qobustan, Sabirabad, Salyan, Neftçala, Göyçay, Xaçmaz, Qusar, Siyəzən, Xızı, Quba, Şabran, Şamaxı, Oğuz və Şəkidə şərq küləyi əsəcək, küləyin sürəti saniyədə 13.9-20.7 metr təşkil edəcək.

Nəşr edilib : 29.05.2025 16:29