Əziz Naxçıvanlılar və şəhərimizin qonaqları!...
20:09 20.05.2025
0
0
0
Mayın 21-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda, bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.
"Şərq qapsıı" xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, Kəlbəcər, Laçın, Zəngilan, Cəbrayıl, Qubadlı, Gədəbəy, Göygöl, Şəmkir, Tovuz, Qazax, Samux, Ağstafa, Göyçay, Zaqatala, Şəki, Qax, Balakən, Oğuz, İsmayıllı, Şirvan, Şamaxı, Ağsu, Qəbələ, Saatlı, Sabirabad, Ağdaş, Ucar, İmişli, Kürdəmir, Neftçala, Salyan, Hacıqabul, Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı, Biləsuvar, Cəlilabad, Lerik, Yardımlıda şimal-qərb küləyi əsəcək, küləyin sürəti saniyədə 13.9-20.7 metr təşkil edəcək.
Bakıda və Abşeron yarımadasında, Gəncə, Naftalan, Goranboy, Daşkəsən, Mingəçevir, Yevlax, Bərdə, Tərtər, Qobustanda şimal-qərb küləyi əsəcək, küləyin sürəti saniyədə 20.8-28.4 metrədək güclənəcək.
Digər xəbərlər