NAXÇIVAN :

23 Fevral 2025, Bazar

Küküyə yağan qarın hündürlüyü 33 sm olub

...

Naxçıvan şəhərinə və muxtar respublikanın bölgələrinə qar yağmağa davam edir
Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzindən "Şərq qapısı"na verilən məlumata görə, Naxçıvan şəhərinə, Ordubad rayonunun Parağaçay, Gilançay, Şahbuz rayonunun Kükü, Biçənək, Şərur rayonunun Axura, Culfa rayonunun Ərəfsə, Göydərə istiqamətlərinə və digər yüksək dağlıq ərazilərə qar yağıb.
Qarın hündürlüyü Naxçıvan şəhərində 12, Ordubad şəhərində 3, Parağaçayda 22, Gilançayda 20, Culfa şəhərində 3, Göydərədə 20, Ərəfsədə 23, Şahbuz şəhərində 15, Biçənəkdə 18, Küküdə 33, Şərur şəhərində 1,  Axurada 16, Sədərək rayonunda isə 10 sm olub.
Qeyd edək ki, muxtar respublikada qarlı hava şəraiti fevralın 23-nə kimi davam edəcək.

Nəşr edilib : 22.02.2025 11:10