Azərbaycanın üç güləşçisi Avropa çempionatının fin...
22:15 06.07.2026
0
0
0
Azərbaycan Mərkəzi Bankının (AMB) rəhbər heyəti Dünya Bankının İş yerləri və İqtisadi Artım üçün Maliyyə Əlçatanlığı (FINGROW) Missiyasının nümayəndələri ilə görüşüb.
AMB-dən bildirilib ki, görüşdə FINGROW proqramının məqsədi, əhatə dairəsi, proqram çərçivəsində nəzərdə tutulan tədbirlər, Mərkəzi Bankın bu təşəbbüsdə rolu müzakirə olunub.
Görüşdə, həmçinin Azərbaycanda maliyyə əlçatanlığının genişləndirilməsi, kiçik və orta sahibkarlığın maliyyələşdirilməsi imkanlarının artırılması, rəqəmsal ödənişlərin təşviqi, maliyyə inklüzivliyinin dərinləşdirilməsi, kredit təminatı mexanizminin təkmilləşdirilməsi prosesinə FINGROW proqramının dəstəyi istiqamətində fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, FINGROW Dünya Bankının Avropa və Mərkəzi Asiya regionu üçün nəzərdə tutulmuş çoxmərhələli proqramıdır. Proqramın əsas məqsədi maliyyə resurslarına çıxışı genişləndirməklə sahibkarlığın inkişafını, yeni iş yerlərinin yaradılmasını və dayanıqlı iqtisadi artımı dəstəkləməkdir.
Digər xəbərlər