Naxçıvanda “Pedaqoji Həmrəylik: Təcrübədən Gələcəy...
23:42 21.12.2024
0
0
0
Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən tabeliyindəki “İbtidai təhsil səviyyəsi üzrə inklüziv təhsilin tətbiqi” layihəsi həyata keçirilən ümumi təhsil müəssisələrində korreksiyaedici pedaqoq vəzifəsinə işə qəbul üzrə müsabiqə elan edilir.
Korreksiyaedici pedaqoq vəzifəsi üzrə işə qəbul olmaq istəyən şəxslər avqustun 26-dan 31-dək link vasitəsilə qeydiyyatdan keçə bilərlər.
BŞTİ-dən bildirilib ki, müsabiqə 2 mərhələdən (elektron qeydiyyat, müsahibə mərhələsi) ibarətdir. Müvafiq qaydada qeydiyyatdan keçmiş şəxslərin elektron ərizədəki məlumatlarının uyğunluğu yoxlanıldıqdan sonra namizədlərin əlaqə telefonlarına SMS vasitəsilə müsahibənin keçirilmə günü, saatı və məkanı haqqında məlumat göndəriləcək.
Müsabiqə ilə bağlı sualı olan şəxslər BŞTİ-nin Çağrı Mərkəzinə (146-1) zəng etməklə məlumat ala bilərlər.
Digər xəbərlər