NAXÇIVAN :

16 Oktyabr 2024, Çərşənbə

“KönüllüSən!” layihəsi çərçivəsində Şahbuz rayon Vayxır gölü ərazisində təmizlik aksiyası keçirilib

...

Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi ilə keçirilən “İdeyanı reallaşdır 2023” gənclərin fərdi layihələri üzrə qrant müsabiqəsinin qalibi, Naxçıvan Müəllimlər İnstitutunun tələbəsi, layihə rəhbəri Röya Məmmədovanın “KönüllüSən!” layihəsi çərçivəsində Şahbuz rayon Vayxır gölü ərazisində “Təmiz mühit, sağlam gələcək” devizi altında təmizlik aksiyası keçirilib. Aksiyada ali və orta təhsil müəssisələrinin tələbələrindən ibarət EKO klub üzvləri, gənclər təşkilatlarının fəal üzvləri və medya nümayəndələri olmaqla 40-dan artıq EKO fəal iştirak edib.
Tədbirin əsas məqsədi təmizliyə riayət olunmasını təbliğ etmək, sahilyanı ərazilərin məişət tullantıları ilə zibillənməsinin qarşısını almaq, o cümlədən insanların ətraf mühitin mühafizəsinə münasibətini ekoloji vəziyyətin yaxşılaşdırılmasında ictimaiyyətin rolunu artırmaq və bu sahədə ictimai əməkdaşlığı gücləndirməkdir.
“Təmiz mühit, sağlam gələcək” şüarı altında keçirilən təmizlik aksiya tərəfdaşları tədbirə qoşulan bütün təbiətsevər gənclərə, təşəkkür edib, hər kəsi planetimizi çirkləndirməməyə və ətraf mühitin qayğısına qalmağa çağırıblar!
Tədbirdə çıxış edənlər, belə təmizlik aksiyalarının müntəzəm keçirilməsinin, eləcə də ölkədə və regionda əhali tərəfindən hər zaman hər yerdə ekoloji təmizliyə riayət olunmasının vacibliyini vurğulayıb, bu aksiyaların iqlim dəyişmələri problemləri və onların həlli yolları, həmçinin bu istiqamətdə kollektiv və birgə fəaliyyətin rolu haqda ictimaiyyətin məlumatlılığının artırılmasına yönəlmiş davamlı fəaliyyətin bir hissəsi olduğunu bildiriblər.

Nəşr edilib : 23.09.2024 19:45