Almaniya Prezidenti hökumətdə yeni kadr dəyişiklik...
22:14 29.07.2026
0
0
0
Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Naxçıvan Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Naxçıvan şəhərinin dairəvi yol ətrafındakı ərazilərdə (Avtobus parkının ətrafında) genişmiqyaslı təmizlik aksiyası keçirilib.
"Şərq qapısı" xəbər verir ki, aksiyada könüllülük fəaliyyəti ilə məşğul olan gənclər fəal iştirak edərək ərazinin müxtəlif hissələrindən məişət tullantılarını toplayıblar.
Aksiyanın əsas məqsədi ətraf mühitin mühafizəsinə ictimai diqqəti artırmaq, təmizliyin qorunmasına dair maarifləndirməni gücləndirmək, ekoloji məsuliyyət hissini təşviq etmək və cəmiyyətə təmiz ətraf mühit naminə birgə fəaliyyətə çağırış etmək olub.
Digər xəbərlər