Bu gün Azərbaycanda bələdiyyə seçkiləri keçiriləcə...
00:05 29.01.2025
0
0
0
NAXÇIVAN :
29 Yanvar 2025, Çərşənbə
Dünyada insan üçün azadlıqdan, dövlət üçün isə müstəqillikdən dəyərli heç nə yoxdur. Müstəqil dövlətin azad vətəndaşı olmaq isə heç də bütün insanlara qismət olmayan ən böyük xoşbəxtlikdir. Xalqımıza bəxş olunan bu xoşbəxtliyin müəllifi tariximizin Ümummilli Lideri Heydər Əliyevdir.
Sirr deyil ki, xalqımız tarixin keşməkeşli dövrlərində müxtəlif çətinliklərlə, xarici müdaxilələrlə qarşılaşmış, ancaq heç vaxt milli kimliyini və mübarizə ruhunu itirməmişdir. Əksinə, bu çətinliklər xalqımızın daha da güclənməsinə, milli ideallarına sadiq qalmasına səbəb olmuşdur. Hələ sovetlər zamanı milli kimliyimizin qorunmasında, “vahid sovet xalqı” adlı ideologiyada Azərbaycan xalqını assimilyasiya olmaqdan qoruyan dahi şəxsiyyət Heydər Əliyev, bu mənada, milli özünüdərkimizin ali istinad zirvəsidir. XX əsrin sonunda müstəqilliyimizin bərpası ilə Azərbaycan xalqı öz tarixi arzularını reallaşdırmağa nail oldu, yeni bir dövrün əsası qoyuldu. Bu dövrün ən mühüm hadisələrindən biri isə 1991-ci il oktyabrın 18-də qəbul edilən “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktının qəbulu idi.
Müstəqilliyin bərpası və Azərbaycan Konstitusiyasının əhəmiyyəti
1991-ci ildə Azərbaycan Sovet İttifaqından ayrılaraq özünü müstəqil dövlət elan etdikdən sonra bir sıra çətin və mürəkkəb məsələlər meydana çıxdı. Bu məsələlərdən ən önəmlisi isə yeni bir Konstitusiyanın qəbul edilməsi idi. İlk mərhələdə müstəqilliyin təmin edilməsi üçün müvafiq hüquqi və siyasi tədbirlər görüldü, lakin 1991-1993-cü illərdəki siyasi və idarəetmə böhranı ölkənin daxili vəziyyətini çətinləşdirmişdi. Bu dövr həm də ölkə daxilindəki təlatümlərin və idarəetmə sistemindəki boşluqların ciddi problemlərə yol açmasına səbəb olmuşdu. Bu halda dövlətin gələcəyinə dair böyük suallar yaranmış, hakimiyyətin zəifliyi səbəbindən vətəndaşların hüquqlarının qorunması və ölkənin təhlükəsizliyi ciddi təhdid altında qalmışdı.
1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə gələn Ümummilli Lider Heydər Əliyev Azərbaycanın dövlət müstəqilliyinin qorunması və sabitliyin təmin edilməsi istiqamətində mühüm addımlar atdı. Ulu Öndər müstəqilliyini bərpa etmiş Azərbaycan Respublikasını Xalq Cümhuriyyətinin taleyini yaşamağa imkan vermədi, özünün müdrik siyasəti və dəmir iradəsi ilə bu müstəqilliyi qoruyub saxladı. Görkəmli dövlət xadiminin böyük inamla söylədiyi bu fikirlər ölkəmizin gələcək inkişafına hər kəsin qəlbində böyük ümidlər yaratdı: “Ona da əmin ola bilərsiniz ki, Azərbaycan dövlətinin, Prezidentinin apardığı siyasət və həyata keçirdiyi tədbirlər Azərbaycanın dövlət müstəqilliyini günü-gündən möhkəmləndirir və yüksəklərə qaldırır. Azərbaycanın dövlət başçısı kimi mən deyirəm, bilin, – bundan sonra Azərbaycan heç kəsdən asılı, heç kəsin vassalı olmayacaqdır. Ancaq özü öz taleyini hər gün həll edəcək və öz gələcəyini müəyyənləşdirəcəkdir. Azərbaycan müstəqil, sərbəst qalacaqdır”.
Ulu Öndərin təşəbbüsü ilə 12 may 1994-cü il tarixdə Birinci Qarabağ müharibəsi zamanı imzalanan atəşkəs sazişi – Bişkek protokolu Milli Ordu quruculuğuna, eyni zamanda müstəqilliyimizin inkişafına geniş imkanlar açdı.
Qeyd edək ki, ХХ əsrin sоn оnilliyində Аzərbаycаn хаlqı ikinci dəfə öz müstəqilliyini “Аzərbаycаn Rеspublikаsının Dövlət Müstəqilliyi hаqqındа” 18 оktyаbr 1991-ci il tаriхli Kоnstitusiyа Аktı ilə bərpa etməyə nail оldu. Amma Dövlət Müstəqilliyi hаqqındа Kоnstitusiyа Аktının qəbul edilməsinə bахmаyаrаq, Kоnstitusiyа Аktındа Аzərbаycаn Respublikası vətəndаşlаrının rеаl hüquq və vəzifələri, dövlətimizin mərаm və məqsədləri tаm əks olunmamışdı. Bеlə bir vəziyyətdə ölkədə Kоnstitusiyа bоşluğu аçıq-аydın görünürdü. Bu tаriхi zərurət nəzərə аlınаrаq Аzərbаycаn Rеspublikаsı Milli Məclisinin 2 mаy 1995-ci il tаriхli Qərаrı ilə Аzərbаycаn хаlqının Ümummilli Lidеri Hеydər Əliyеvin sədrliyi ilə 33 nəfərdən ibаrət Kоnstitusiyа kоmissiyаsı yаrаdıldı. Kоnstitusiyа kоmissiyаsının sədri, görkəmli dövlət xadimi Hеydər Əliyеv yеni, milli Kоnstitusiyаnı sоn dərəcə mükəmməl bir sənəd kimi hаzırlаmаğı tövsiyə еdərək dеyirdi: “Biz еlə bir lаyihə hаzırlаmаlı və nəhаyət, еlə bir Kоnstitusiyа qəbul еtməliyik ki, о, müstəqil Аzərbаycаn Rеspubliкаsının dеmоkrаtik prinsiplər əsаsındа uzun müddət sаbit yаşаmаsını təmin еdən Əsаs Qаnun, tаriхi sənəd оlsun”. Beləliklə, Ümummilli Liderin rəhbərliyi altında 1995-ci ildə qəbul edilən Azərbaycan Respublikasının ilk milli Konstitusiyası ölkəmizin hüquqi quruluşunun əsasını qoymuş, yeni dövlətin gələcək inkişafına təkan vermişdir. Müstəqilliyimizin əsаs аtributu оlаn Аzərbаycаn Rеspublikаsı Kоnstitusiyаsının qəbul еdilməsi Аzərbаycаnın dövlət və hüquq tаriхində хüsusi yеr tutаn mühüm hаdisələrdən biridir. Ümumxalq səsverməsi yolu ilə ilk milli Konstitusiyasının qəbul edilməsi ölkəmizdə insan və vətəndаş hüquq və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olaraq təsbit edirdi.
Kоnstitusiyаmızdа Azərbaycan dövlətinin əsasları, vətəndaşların əsas hüquq və azdlıqları ilə yanaşı, vətəndaşların əsas vəzifələri də, yəni konstitusion vəzifələri də öz əksini tapmışdır. Аzərbаycаn Rеspublikаsının Prеzidеnti cənаb İlhаm Əliyеvin sözləri ilə desək: “Bu gün qаrşımızdа durаn əsаs vəzifələrdən biri Kоnstitusiyаmızın təbliği, оnun əsаs prinsip və müddəаlаrının dərindən öyrənilməsi və hər bir vətəndаşın yаşаyış nоrmаsınа çеvrilməsidir”.
Həyаt dаim inkişаfdаdır, lаkin milli Kоnstitusiyаmızın təməl prinsipləri dəyişməzdir. Ulu Öndər Hеydər Əliyеvin “Kоnstitusiyаnı öyrənmək lаzımdır, Kоnstitusiyаnı dərk еtmək lаzımdır, Kоnstitusiyаnın mаddələrini, хüsusən vətəndаşlаrın vəzifələrinə, vətəndаşlаrın hüquqlаrınа аid оlаn mаddələrini vətəndаş bilməlidir və оnа riаyət еtməlidir” tövsiyəsi hər birimizin bаşlıcа fəаliyyət istiqаməti оlmаlıdır.
Ermənistanın işğalçı siyasəti və Azərbaycanın ərazi bütövlüyü
Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra qarşılaşdığımız ən böyük çətinliklərdən biri də Ermənistanın işğalçı siyasəti olmuşdur. Bu vandal dövlətin Azərbaycana qarşı başladığı təcavüz nəticəsində ölkə ərazisinin 20 faizi, o cümlədən Qarabağ bölgəsi 30 il müddətində işğal altında qalmışdır. Bu vəziyyət Azərbaycan dövlətinin suverenliyinin bu ərazilərdə tətbiqinə imkan verməmiş, xalqımızın ərazi bütövlüyü ideyasını qorumaq və bu torpaqları geri qaytarmaq istiqamətindəki mübarizəsini daha da gücləndirmişdir. İşğal altındakı torpaqların geri alınması yalnız hərbi müstəvidə deyil, diplomatik, hüquqi və sosial sahələrdə Azərbaycanın əsas hədəfi olmuşdur. Bu həm də ölkəmizin xarici siyasətinin əsasını təşkil etmiş, Azərbaycanın beynəlxalq müstəvidə hüquqlarını müdafiə etməsi üçün vacib addımların atılmasına gətirib çıxarmışdır.
Vətən müharibəsi və ərazi bütövlüyünün bərpası
Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün bərpası yolundakı ən mühüm mərhələ 2020-ci ilin sentyabr ayında Vətən müharibəsi ilə başlandı. Ermənistanın təxribatlarına cavab olaraq Azərbaycan Silahlı Qüvvələri erməni əsarətində qalmış torpaqlarını geri qaytarmaq üçün hərbi əməliyyatlara başladı. Bu müharibə yalnız Azərbaycan xalqının torpaq uğrunda apardığı mübarizə deyil, həm də Azərbaycanın dövlət müstəqilliyi və suverenliyinin qorunması uğrunda böyük bir mücadilə idi. Müharibə nəticəsində torpaqlarımız düşmən tapdağından azad olundu. Bu həm də Azərbaycan Konstitusiyasının hüquqi qüvvəsinin bütün ərazilərdə bərqərar olmasını təmin etdi. 2023-cü ildə həyata keçirilən uğurlu antiterror əməliyyatı ilə Azərbaycanın suverenliyi bu ərazilərdə tam şəkildə bərpa edildi. Xankəndi şəhərində Azərbaycan Bayrağının ucaldılması ilə dövlət suverenliyimiz tam bərqərar oldu.
Ölkə başçısı cənab İlham Əliyevin ötən il sentyabrın 19-da “Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında” Sərəncamı isə tarixboyu öz xüsusi əhəmiyyəti ilə seçiləcək. Azərbaycan dövlətinin, xalqımızın tarixində ən parlaq səhifələrdən biri olan sentyabrın 20-si Sərəncama əsasən hər il ölkəmizdə “Dövlət Suverenliyi Günü” kimi qeyd edilir.
2025-ci il: “Konstitusiya və Suverenlik İli”
Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 28 dekabr tarixli Sərəncamı ilə 2025-ci il “Konstitusiya və Suverenlik İli” elan edilib. Bu Sərəncam Azərbaycan xalqının dövlət müstəqilliyi və suverenliyi uğrunda apardığı mübarizənin əhəmiyyətini vurğulayan mühüm addımdır. 2025-ci il həm də Azərbaycanın Konstitusiyasının qəbul edilməsinin 30-cu, həmçinin Vətən müharibəsindəki qələbənin 5-ci ildönümünü qeyd etmək üçün əlamətdar bir il olacaq. Ölkə başçısı bu əlamətdar ili qeyd etmək və ölkənin müstəqilliyinin qorunması istiqamətində atılacaq yeni addımları planlaşdırmaq məqsədilə müvafiq Tədbirlər Planının hazırlanması üçün tapşırıqlar vermişdir. Bu tədbirlər Azərbaycanın suverenliyi və ərazi bütövlüyü məsələlərinin daha da güclənməsinə və ölkəmizin gələcək inkişafına yönəlik mühüm bir yol xəritəsi olacaqdır.
“Konstitusiya və Suverenlik İli” Azərbaycanın dövlətçilik tarixində yeni bir mərhələnin başlanğıcı olacaq, həmçinin ölkəmizin beynəlxalq arenada daha güclü mövqeyə sahibliyini və öz suveren hüquqlarını qorumaq istiqamətində prinsipial mövqe tutacağını bir daha nümayiş etdirəcəkdir.Atılacaq məqsədyönlü addımlar nəticəsində Azərbaycan yeni hədəflərinə də çatacaq. Eyni zamanda ölkəmiz müstəqil və suveren dövlət olaraq dünya ölkələri ilə qarşılıqlı əməkdaşlıq və dialoq şəraitində bir çox strateji hədəflərə doğru inamla irəliləyəcəkdir. Azərbaycan xalqının güclü iradəsi və dövlət rəhbərinin düzgün və qətiyyətli siyasəti bunu inamla söyləməyə əsas verir.
Faiq SƏFƏROV
Naxçıvan Muxtar Respublikası Prokurorluğunun şöbə rəisi,
baş ədliyyə müşaviri, prokurorluğun fəxri işçisi
Digər xəbərlər