NAXÇIVAN :

25 Noyabr 2024, Bazar ertəsi

Komitənin genderlə bağlı növbəti təlimi baş tutub

...

25 noyabr 2024-cü il tarixdə Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Kəngərli Rayon İcra Hakimiyyəti yanında gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupu ilə birgə təlimi keçirilib.
Tədbiri giriş sözü ilə açan Kəngərli Rayon İcra Hakimiyyətinin əməkdaşı Kənan Məmmədov müvafiq monitorinq qrupunun fəaliyyətindən danışıb. 
Təlimdə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin baş məsləhətçisi Firuzə Hüseynova təqdimatla çıxış edərək məişət zorakılığının qarşısının alınması istiqamətində həyata keçirilməsi vacib olan tədbirlərdən danışıb. Bildirilib ki, gender zorakılığı və uşaqlara qarşı zorakılığın qarşısının alınması üçün müvafiq maarifləndirmə, qanunvericilik və müdaxilə proqramları böyük əhəmiyyət daşıyır. Qanunların sərtləşdirilməsi, zorakılıq edənlərə qarşı ciddi tədbirlərin görülməsi və qurbanlara pulsuz hüquqi yardımın göstərilməsi zərərçəkənlərin hüquqlarının qorunmasına xidmət edir. 
27 nəfərin yararlandığı təlimin sonunda məişət zorakılığının qarşısının alınması istiqamətində görüləcək işlər müzakirə edilib.

Nəşr edilib : 25.11.2024 19:10