Naxçıvan Muxtar Respublikasında 22 noyabra olan ha...
23:23 21.11.2024
0
0
0
NAXÇIVAN :
22 Noyabr 2024, Cümə
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən "Şərq qapısı"na verilən məlumata görə, uşaq müəssisələrində sanitar-gigiyenik vəziyyətlə bağlı Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən keçirilən maarifləndirici seminarlar davam etdirilir. Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi ilə bağlı “Təbliğat-100” layihəsi çərçivəsində növbəti seminar Naxçıvan şəhərində keçirilib.
Tədbirdə Naxçıvan Şəhər İcra Hakimiyyətinin əməkdaşı Orxan Məhərrəmov, Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Gülər Əhmədova, Naxçıvan Şəhər Təhsil Şöbəsinin əməkdaşı Ceyran Məmmədova və Naxçıvan Muxtar Respublikası İctimai Səhiyyə Xidmətinin Sanitar-karantin şöbəsinin müdiri Qurbani İbrahimov çıxış edərək uşaq müəssislərində sanitar-gigiyenik vəziyyətin daim nəzarətdə saxlanmasının əhəmiyyətini qeyd ediblər. Çıxışlar zamanı uşaq sağlamlığının qorunmasının dövlətin sosialyönümlü siyasətinin prioritet istiqamətlərindən biri olduğu, Azərbaycan Respublikasının sanitariya qanunvericiliyinin pozulmasına görə məsul olan şəxslərin hüquqi məsuliyyət daşıdıqları diqqətə çatdırılıb.
Naxçıvan şəhərində fəaliyyət göstərən dövlət uşaq müəssisələrində sanitar-gigiyenik vəziyyətə məsul şəxslərin iştirak etdiyi tədbir diskussiya xarakterli olub. 28 nəfərin yararlandığı seminarın sonunda iştirakçıların sualları cavablandırılaraq broşürlər paylanılıb.
Digər xəbərlər