Naxçıvan Muxtar Respublikasında dekabr ayının 5-nə...
23:45 04.12.2024
0
0
0
29 avqust 2024-cü il tarixdə Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova Culfa rayonunun Əbrəqunus kəndində sakinlərlə görüşüb, onların müraciətlərini dinləyib.
Komitə sədrinin vətəndaşlarla görüşü zamanı Əbrəqunus, Bənəniyar və ətraf kəndlərin sakinlərinin müraciətləri ayrı-ayrılıqda dinlənilib, protokollaşdırılıb. Müraciətlər əsasən ailədaxili münasibətlər, uşaqlarla ünsiyyət, işlə təmin olunma, boşanmadan sonra yaranan hüquqi problemlərin həlli, ailənin sosial müdafiəsi, ünvanlı dövlət sosial yardımın təyin edilməsi, mənzil-məişət şəraitinin və yol infrastrukturunun yaxşılaşdırılması, aztəminatlı ailədən olan və təkvalideynli uşaqlara məktəbli formasının verilməsi və digər məsələlərlə bağlı olub. Vətəndaş qəbulunda uşaqların məktəbli forması ilə təmin ediməsi istiqamətində müraciətlər üstünlük təşkil edib. Vətəndaşlara müraciətlərlə əlaqədar hüquqi izahat verilib, qanunamüvafiq köməklik göstərilib, Komitənin səlahiyyəti xaricində olan müraciətlərlə bağlı vətəndaşlara köməklik göstərilməsi məqsədilə aidiyyəti üzrə qeydiyyat aparılıb.
Naxçıvan Muxtar Respublikası
Ailə, Qadın və Uşaq Problemləri üzrə
Dövlət Komitəsinin mətbuat xidməti
Digər xəbərlər