Azərbaycan və Türkiyə birgə hərbi təlim keçirəcək...
19:30 15.01.2025
0
0
0
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təbii Ehtiyatlar İnstitutunun elmi işlər üzrə direktor müavini, kimya elmləri doktoru Bayram Rzayev 84 yaşında dünyasını dəyişib. Ömrünü elmə, elmi tədqiqatlara həsr edən Bayram Rzayevin səmərəli fəaliyyəti 40-ı kitab və monoqrafiya olmaqla, 400-dən artıq elmi əsərdə öz əksini tapıb. O, analitik kimya sahəsində yenilikçi tədqiqatları ilə nəzəri bilikləri praktikaya uğurla tətbiq edərək, nəticədə, 20 müəlliflik şəhadətnaməsi və patent alıb. Kimyaçı alimin yarıməsrlik elmi fəaliyyəti, kimya elminə verdiyi töhfələr bu sahə tədqiqatçıları üçün əsl nümunədir. Bayram Rzayev Naxçıvan şəhər bilik cəmiyyətinin sədri olub. Muxtar respublikada mineral sərvətlərin işlənməsi üzrə ilk laboratoriya məhz onun tərəfindən yaradılıb və ilk patent Bayram Rzayev tərəfindən alınıb. Onun “Arsen və Darıdağ termal suyu”, “Dəri texnologiyası”, “Molibden”, “İndium” kitabları da sanballı elmi nəşrlərdəndir.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2015-ci il 3 noyabr tarixli Sərəncamı ilə Prezidentin fərdi təqaüdünə layiq görülən Bayram Rzayev 2010-cu ildə Elmin İnkişafı Fondunun birinci qrant layihəsi müsabiqəsinin ilk qaliblərindən biri olub.
"Şərq qapısı" qəzetinin kollektivi olaraq dəyərli alim Bayram Rzayevə Allahdan rəhmət, yaxınlarına dərin hüznlə başsağlığı diləyirik.
Digər xəbərlər