Cahit Bağçı: Beynəlxalq Demokratlar Birliyi Azərba...
21:54 04.12.2024
0
0
0
Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyi ilə Naxçıvan Kikboksinq Federasiyasının birgə təşkilatçılığı, Naxçıvan Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə "İdman hamı üçün" layihəsi çərçivəsində növbəti açıq məşğələ reallaşıb. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin adıçəkilən layihəsi çərçivəsində təşkil olunan idman tədbiri “Ləvənt” Döyüş Klubunun məşqçi və idmançılarının iştirakı ilə keçirilib.
Cahan AVM-ə aid istirahət parkında 100-ə yaxın qız və oğlan kikboksçu layihənin əsas məqsədinə uyğun olaraq öz bacarıqları, istedadları ilə insanları idmanı sevdirməyə, cəmiyyətdə bu sahəyə olan marağı artırmağa çalışıblar. İdmançılar müəyyən sektorlarda əyləncəli, taktiki və texniki məşq elementləri icra edib, döyüş səhnələri canlandırıblar.
Tədbirin yekununda klubun təsisçisi Etibar Qəribov idmana göstərdilən diqqətə görə təşəkkür edib, minnətdarlıq əlaməti olaraq təşkilatçı qurumlara təşəkkürnamələr təqdim edib.
Digər xəbərlər