MDB İcraiyyə Komitəsi: Uğurlu COP29 Azərbaycanı iq...
17:02 23.11.2024
0
0
0
Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri şəxsin həmin subyektlərdə həqiqi hərbi xidmətə (işə) qəbul olunmasından imtina edilməsi səbəblərini açıqlamaq öhdəliyi daşımayacaqlar.
Bununla bağlı “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” qanuna təklif edilən dəyişiklik layihəsi parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.
Qeyd edilib ki, dəyişikliyin əsas məqsədi həmin subyektlərdə fəaliyyət istiqamətlərinə uyğun olaraq konfidensiallığın qorunub saxlanılmasıdır.
Layihəyə əsasən, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin əməkdaşlarının bilik və bacarıqlarının daha da təkmilləşdirilməsi məqsədilə Azərbaycanın kəşfiyyat və əks-kəşfiyyat subyektlərinin hüquqlarının genişləndirilərək xarici dövlətlərin xüsusi xidmət və hüquq mühafizə orqanları ilə müvafiq proqramlar çərçivəsində kadrların hazırlanması, təkmilləşdirilməsi və ixtisaslarının artırılması sahəsində də əməkdaşlığın həyata keçirilməsi nəzərdə tutulur.
Layihə səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.
Digər xəbərlər