NAXÇIVAN :

17 Aprel 2026, Cümə

Kəngərlidə avtomobil yanıb

...

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Kəngərli rayonu, Qıvraq qəsəbəsində "Megan" markalı minik avtomobilində yanğın hadisəsinin baş verməsi barədə məlumat daxil olub.

Dərhal Kəngərli Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin qüvvələri hadisə yerinə cəlb olunub. Yanğın mühafizə bölmələri tərəfindən söndürülərək qarşısı alınıb.

Hadisə nəticəsində avtomobilin mühərrik hissəsi və qabaq şinləri yanıb.

Nəşr edilib : 18.07.2025 09:46