NAXÇIVAN :

30 Sentyabr 2026, Çərşənbə

Kəngərlidə ağır qəza, 5 nəfər xəsarət alıb

...

"Şərq qapısı" xəbər verir ki, hadisə Naxçıvan-Sədərək magistralının Kəngərli rayonu, Böyükdüz kəndi ərazisindən keçən hissəsində baş verib. Qəza zamanı 75-BX-715 dövlət nömrə nişanlı "Xəzər" markalı avtomobil yoldan çıxaraq aşıb. Qəza nəticəsində 2010-cu il təvəllüdlü Ələsgərli Hüseyn Vilayət oğlu, 1998-ci il təvəllüdlü Rəsulov Xəyal İbrahim oğlu, 2009-cu il təvəllüdlü Əliyev Nihad Kamal oğlu, 2002-ci il təvəllüdlü Xəlilzadə Vaqif Eldəniz oğlu və 2007-ci il Tahirov Qəzənfər Rasim oğlu xəsarət alıblar. 
Onlar Naxçıvan Muxtar Respublika xəstəxanasına yerləşdiriliblər.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib, faktla bağlı araşdırma aparılır.

Nəşr edilib : 30.09.2026 19:40