Naxçıvanda sertifikatlaşdırma imtahanında 352 müəl...
21:55 02.05.2026
0
0
0
Noyabrın 20-də Yeni Azərbaycan Partiyası Kəngərli Rayon Təşkilatında “Konstitusiya və Suverenlik İli” çərçivəsində Yeni Azərbaycan Partiyasının yaradılmasının 33-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.
Tədbirdən öncə müasir, müstəqil Azərbaycan dövlətinin qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin rayon mərkəzində yerləşən abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb.
Yeni Azərbaycan Partiyası Kəngərli Rayon Təşkilatının inzibati binasında keçirilən tədbirdə Ulu Öndər Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Yeni Azərbaycan Partiyasının yaradılmasının 33-cü il dönümü münasibətilə tədbir iştirakçılarını təbrik edən Yeni Azərbaycan Partiyası Kəngərli Rayon Təşkilatının sədri Sevda Quluyeva Yeni Azərbaycan Partiyasının yarandığı mürəkkəb tarixi-siyasi şəraitdən, keçdiyi çətin və şərəfli mübarizə yolundan danışmış, partiyanın Ümummilli Lider Heydər Əliyevin ideyalarına əsaslanaraq ölkəmizin ictimai-siyasi həyatında fəal iştirak etdiyini, dövlətçiliyimizin möhkəmlənməsinə və Azərbaycanın dinamik inkişafına öz töhfəsini verdiyini, bu gündə Yeni Azərbaycan Partiyasının cənab İlham Əliyevin rəhbərliyi ilə böyük uğurlar qazandığını qeyd edib.
Kəngərli Rayon İcra Hakimiyyətinin başçısı Kamal Ələkbərov Yeni Azərbaycan Partiyasının Azərbaycan dövlətçiliyi qarşısındakı tarixi xidmətlərindən, qazanılan uğurlarda partiyanın yaradıcısı Ümummilli Lider Heydər Əliyevin əvəzsiz rolundan danışıb.
Tədbirdə Xok kənd ərazi partiya təşkilatının sədri Zülfü Seyidov, partiyanın gənc üzvü Aysu Quliyeva çıxış ediblər.
Sonra partiya veteranları və rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə bir qrup şəxs Fəxri Fərman və hədiyyələrlə mükafatlandırılıb. Yeni Azərbaycan Partiyası sıralarına yeni qəbul edilmiş üzvlərə partiya vəsiqələri təqdim olunub.
Tədbir Yeni Azərbaycan Partiyasının himninin səsləndirilməsi ilə başa çatıb.
Digər xəbərlər