NAXÇIVAN :

20 Aprel 2025, Bazar

Kəngərli rayonunda şəhidlərin adları sinif otaqlarında əbədiləşdirilib

...

Kəngərli rayonunun Qıvraq qəsəbəsində və Qarabağlar kəndində vətənimizin ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanlarımızın adlarının əbədiləşdirilməsi məqsədilə oxuduqları sinif otaqlarına şəhidlərin adları verilib. 
"Şərq qapısı" xəbər verir ki, Qıvraq qəsəbə tam orta məktəbində 10, Qarabağlar kənd 1 nömrəli tam orta məktəbində isə 1 şəhidin adı oxuduqları sinif otaqlarında əbədiləşdirilib. 
Sinif otaqlarının qapısı üzərində şəhidin adı yazılmış lövhə yerləşdirilib, otaqda şəhidlərin həyat və döyüş fəaliyyətini əks etdirən lövhə yaradılıb. Tədbirdə Kəngərli Rayon İcra Hakimiyyətinin, Rayon Təhsil Şöbəsinin, Rayon Sosial Xidmətlər Agentliyinin nümayəndələri, məktəb kollektivi və şəhid ailələri iştirak edib. 

Qeyd olunub ki, Ümumilli Lider Heydər Əliyevin siyasi xəttini uğurla davam etdirən ölkə başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə başlamış və 44 gün davam edən Vətən müharibəsi ordumuzun gücünü bütün dünyaya sübut etdi. Torpaqlarımızın azadlığı uğrunda şəhadətə ucalan oğul və qızlarımızın xatirəsinin əbədiləşdirilməsi, onların vətənpərvərliklərinin və qəhrəmanlıqlarının təbliği gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi üçün çox mühüm əhəmiyyət kəsb edir.

Nəşr edilib : 08.02.2025 11:38