NAXÇIVAN :

07 Aprel 2025, Bazar ertəsi

Kəngərli rayonunda “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş tədbir keçirilib

...

28 fevral 2025-ci il tarixdə Kəngərli Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə bağlı tədbir keçirilib.

Tədbirdə Kəngərli Rayon İcra Hakimiyyəti Aparatının Hüquq şöbəsinin müdiri Rəşad Həsənzadə Prezident İlham Əliyevin Sərəncamı ilə 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan olunmasının  əhəmiyyətindən danışıb. Qeyd edib ki, Azərbaycan Konstitusiyası ölkənin hüquqi və siyasi sisteminin təməlini təşkil edərək hüquq sisteminin bütövlüyünü və sabitliyini təmin edir. 

Kəngərli rayon prokurorunun köməkçisi Şahmar Həşimov çıxışı zamanı vurğulayıb ki, 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması xalqın birliyinin gücləndirilməsinə, dövlətin hüquqi bazasının təkmilləşdirilməsinə və Azərbaycanın beynəlxalq imicinin daha da möhkəmləndirilməsinə xidmət edəcəkdir. Bu il ərzində həyata keçiriləcək tədbirlər və islahatlar ölkənin gələcək inkişafı üçün möhkəm təməl yaradacaqdır.

Sonda Kəngərli Rayon Təhsil Şöbəsinin müdiri Ayaz Əliyev qeyd edib ki, Vətən müharibəsində qazandığımız tarixi Qələbə və 2023-cü il sentyabrın 19-20-də həyata keçirilən uğurlu antiterror əməliyyatı ilə ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edilib, Azərbaycan Konstitusiyasının hüquqi qüvvəsi işğaldan azad olunan bütün ərazilərdə bərqərar olub.

Nəşr edilib : 28.02.2025 14:31