NAXÇIVAN :

09 May 2025, Cümə

Kəngərli rayonunda elektrik enerjisi müvəqqəti dayandırılacaq

...

"Şərq qapısı" xəbər verir ki, Kəngərli rayonunun bir hissəsində elektrik enerjisinin verilişində müvəqqəti fasilələr yaranacaq. Azərbaycan Respublikası Prezidentinin 23 noyabr 2024-cü il tarixli Fərmanına əsasən Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin funksiyalarının “Azərenerji” və “Azərişıq” Açıq Səhmdar Cəmiyyətlərinə ötürülməsi əlaqədar elektrik yarımstansiyalarında cəmiyyətlərin balans mənsubiyyətli sərhədlərində elektrik sayğaclarının quraşdırılması məqsədilə Kəngərli rayonunun bir hissəsində 11 mart 2025-ci il tarixində saat 12:00-dan 15:00-dək   elektrik enerjisinin verilişində fasilələr yaranacaq.

Nəşr edilib : 10.03.2025 15:22