BMT-dəki daimi nümayəndə: Azərbaycanda qadınlar el...
23:25 11.02.2025
0
0
0
"Şərq qapısı" xəbər verir ki, hadisə Naxçıvan-Sədərək magistralının Qıvraq qəsəbəsi ərazisində qeydə alınıb. Yol kəsişməsində Türkiyə Respublikasının vətəndaşı Zahir Güclünün idarə etdiyi 01 DMN 70 nömrəli "Mercedes" markalı yük avtomobil ilə 74-BD-152 nömrəli "Mercedes" markalı minik avtomobil toqquşub. Hadisə zamanı minik maşının sürücüsü Kəngərli rayon Qıvraq qəsəbə sakini, 1978-ci il təvəllüdlü Rzayev Nəsimi Nizaməddin oğlu və onun həyat yoldaşı, 1982-ci il təvəllüdlü Rzayeva Günay Ələkbər qızı xəsarət alıblar.
Hadisə yerinə gələn Kəngərli rayonu DYMH-nin qəza xilasetmə bölməsi tərəfindən yaralılar xilas edilib. Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər. İlkin məlumata görə, sürücü N.Rzayev koma vəziyyətindədir, G. Rzayevanın isə vəziyyətini orta ağırdır.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.
Digər xəbərlər