Babək rayonunda su anbarı dezinfeksiya edilib
15:08 23.11.2024
0
0
0
Azərbaycan xalqının qəhrəmanlıq salnaməsinə çevrilən Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmaqla, hər bir azərbaycanlının qəlbində özünə məskən salan mərd, qorxmaz igidlərimizdən biri də Quliyev Kənan Vaqif oğludur. Sentyabrın 11-i Kənanın dünyaya göz açdığı gündür. Yaşasaydı bu gün 32 yaşını qeyd edəcəkdi. Əlamətdar gün münasibətilə Culfa Rayon Mədəniyyət Sarayında şəhidimizin anım tədbiri ilə birgə Tərlan Məmmədqızının Kənan haqqında yazdığı "Kənansız dünyam" adlı kitabın da təqdimatı baş tutub. Tədbirdə şəhid ailələri, qazilər, Kənanın döyüş yoldaşları, Culfa Rayon İcra Hakimiyyətinin, idarə və müəssisələrin əməkdaşları iştirak ediblər.
Digər xəbərlər