Naxçıvan Muxtar Respublikasında 23 noyabra gözləni...
23:45 22.11.2024
0
0
0
NAXÇIVAN :
23 Noyabr 2024, Şənbə
Naxçıvan regional "ASAN xidmət” mərkəzində "Naxçıvan Qaziləri" İctimai Birliyinin təşkilatçılığı ilə tədbir keçirilib. Öncə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin, Vətənimizin bütövlüyü uğrunda canından keçən oğulların xatirəsi bir dəqiqəlik sükutla anılıb. Dövlət Himni səsləndirilib. Birliyin sədri Cehun Bayramov çıxış edərək bildirib ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən təşkil edilən 2024-cü il üzrə kiçik qrant müsabiqədə Naxçıvan Dövlət Universitetinin əsas tərəfdaşı olduğu “Naxçıvan Qaziləri” İctimai Birliyinin “Naxçıvanda müharibə veteranları ilə iş” layihəsi qalib olub. Layihənin əsas məqsədlərindən biri də qazilərin müharibədə aldığı travmaların nəticəsinin aradan qaldırılmasıdır. Keçirilən təlimlərin əsas məqsədi müharibə ilə əlaqədar sağlamlığını itirən hərbçilərin cəmiyyətə inteqrasiyasını asanlaşdırmaq və sosial həyatda fəal iştiraklarını təşviq etməkdir. Vurğulanıb ki, müharibə sonrası travmaların müalicəsi, hərbçilərin psixoloji sağlamlıqlarını bərpa etmək istiqamətində görüləcək işlər layihənin əsas məqsədidir. Bildirilib ki, bu günə kimi bu istiqamətdə 6 təlim keçirilib. "Keçmişi unut gələcəyə bax, sən bir qəhrəmansan" adlı bu təlimdə bu istiqamətdədir.
Tədbirdə Naxçıvan regional “ASAN xidmət” mərkəzinin direktor müavini Əhməd Babayev, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Üzeyir Məmmədov çıxış edərək Vətən müharibəsində ordumuzun rəşadətinindən, xalqımızın öz əsgəri ilə bir olub, düşməni necə diz çökdürdüyündən danışıb. Vurğulanıb ki, rəşadətli Ordumuzun hər bir fərdi bu xalqın qəhrəmanıdır. Oğullarımız başımızı uca etdi. Azərbaycan xalqının tarixində yeni bir səhifə açdı.
Sonda dosent, klinik psixoloq, doktor Ayaz Seyidli tərəfindən motivasiya xarakterli söhbət aparılıb. Təlim zamanı qarşılıqlı fikir mübadiləsi olub. Qazilərin Vətən müharibəsində yaşadığı psixoloji travmanın nəticələrinin aradan qaldırılması istiqamətində gələcəkdə də görüləcək işlər barədə fikir mübadiləsi aparılıb.
Ramiyə ƏKBƏROVA
Digər xəbərlər