Cahit Bağçı: Beynəlxalq Demokratlar Birliyi Azərba...
21:54 04.12.2024
0
0
0
Türkiyənin İstanbul şəhərində “Uluslararası Marmara Cup Karate Şampiyonası” beynəlxalq karate turniri keçirilib. Beylikdüzü İdman Kompleksində reallaşan yarışda Azərbaycan idmançıları da medallar uğrunda mübarizə aparıb.
Naxçıvan karateçisi Xədicə Bayramova 10 yaşlı qızlar arasında kumite yarışında iştirak edib və 30 kq çəki dərəcəsi bürünc medala layiq görülüb.
Məlumat üçün bildirək ki, gələcəyinə böyük ümidlər bəslənilən Xədicə bu il Bolqarıstanın Albena şəhərində keçirilən XIV Dünya Şotokan Çempionatının, eləcə də müxtəlif vaxtlarda “Open Georgia”, “İnternational Batumi Open”, “Arpachay Open”, “Olimpiya Ümidləri” beynəlxalq turnirlərinin qalibi olub.
Digər xəbərlər