Cinayət Məcəlləsinə dövlət satınalmaları haqqında ...
11:30 24.01.2025
0
0
0
Bakı şəhərində 20 Yanvar faciəsinin 35-ci ildönümünə həsr olunmuş 10-cu “Arpaçay Open” karate turniri keçirilib. İki gün davam edən yarışda paytaxt Bakı, Sumqayıt və regionlar daxil olmaqla, 10-a yaxın xarici ölkədən (Türkiyə, İran, Çexiya, Gürcüstan, Qazaxıstan, Küveyt, Özbəkistan, Rusiya),ümumilikdə, 800-ə yaxın idmançı kata, kumite və komanda-kumite yarışlarında mübarizə aparıblar.
Turnirdə muxtar respublikadan 1 məşqçi və 7 idmançı iştirak edib. Təmsilçilərimizdən 5-i mükafatçılar sırasına düşüb. Fatimə Bağırzadə (36- kq) 10 yaşlılar arasında kumite üzrə qızıl medala sahib çıxıb. Eyni növ və yaş kateqoriyasında çıxış edən Xəyyam Məmmədli (42+ kq) və Damla Tağızadə (32- kq) bürünc medal qazanıblar. Gülər Hüseynova isə (61+ kq) 14-15 yaşlıların arasında bürünc medal əldə edib. Yaşı 16-dan yuxarı olan idmançıların kata yarışında çıxış edən Ulduz Hümbətzadənin qazandığı medalın da əyarı bürünc olub. Beləliklə, turnirdə çıxış edən Naxçıvan karateçiləri 1 qızıl və 4 bürünc medal qazanıblar.
Qeyd edək ki, 65 idman klubunun iştirak etdiyi turnirdə ümumi nəticələrə görə, “Qara qaplan” klubu birinci, “Qara brilyant” klubu ikinci, Qazaxıstanın Cambul vilayətinin idman klubu isə üçüncü olub.
Digər xəbərlər