NAXÇIVAN :

19 Aprel 2026, Bazar

Jurnalistika ixtisasının tələbələri “Şərq qapısı” qəzetində təcrübəyə başlayıblar

...

Naxçıvan Dövlət Universitetinin Jurnalistika ixtisasının lV kursunda  təhsil alan tələbələr “Şərq qapısı” qəzetində istehsalat təcrübəsinə başlayıblar. Əvvəlcə təcrübə proqramı keçən tələbələr   redaksiyanın iş şəraiti ilə tanış olublar. 
Qəzetin baş redaktor müavini Məmməd Babayev istehsalat təcrübəsində iştirak edəcək tələbələrin əksəriyyətinin artıq qəzetlə uzun müddətdir ki, mütəmadi olaraq əməkdaşlıq etdiyini və iki jurnalistika tələbəsinin artıq rəsmi olaraq qəzetdə çalışdığını vurğulayıb. Həmçinin baş redaktor müavini təcrübənin əsas məqsədindən söz açaraq gənc jurnalistlərin nəzəri biliklərini praktik vərdişlərlə möhkəmləndirmək, media sahəsində real iş mühiti ilə tanış olmalarını təmin etmək olduğunu qeyd edib. Təcrübə müddətində tələbələr  xəbər hazırlamaq, redaktə işlərində iştirak etmək, müsahibələr götürmək və müxtəlif janrlarda materiallar yazmaq imkanına malik olacaqlar. Qəzetin redaksiyası tərəfindən tələbələrə lazımi dəstək göstərilərək onlara peşəkar jurnalistikanın əsas prinsipləri öyrədiləcək.
 Sonda tələbələrə qəzetdə təcrübə keçməsi üçün hər cür imkanların yaradıldığı vurğulanaraq tələbələrin irəli sürdüyü təklif və ideyalar ətrafında qəzet rəhbərliyi ilə qarşılıqlı müzakirə olunub.

Rafiq TƏHMƏZ

Nəşr edilib : 02.04.2026 13:50