NAXÇIVAN :

27 Avqust 2026, Cümə axşamı

İstanbul Texniki Universitetinin akademik bölmələri Qarabağ Universitetində fəaliyyət göstərəcək

...

İstanbul Texniki Universitetinin (İTÜ) Azərbaycanın Qarabağ Universiteti nəzdində akademik bölmələrinin yaradılması ilə bağlı Türkiyədə qərar qəbul edilib.

"Şərq qapısı" xəbər verir ki, bununla bağlı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın imzası ilə təsdiqlənən qərar ölkənin “Rəsmi qəzeti”ndə (“Resmi gazete”) yayımlanaraq qüvvəyə minib. Qərara əsasən, İTÜ rektorluğuna tabe olan akademik bölmələr Azərbaycanda fəaliyyət göstərəcək. Bu bölmələr Qarabağ Universitetinin nəzdində yaradılacaq.

Nəşr edilib : 27.08.2026 12:00