NAXÇIVAN :

02 May 2026, Şənbə

İstanbul hava limanında nəzərdə tutulan 54 səfər təxirə salınıb

...

Yanvarın 12-nə gözlənilən əlverişsiz hava şəraiti səbəbindən İstanbul hava limanında nəzərdə tutulan 54 səfər (qalxış və eniş) təxirə salınıb.
"Şərq qapısı" xəbər verir ki, bu barədə “Türk Hava Yolları” (THY) aviaşirkətinin media müşaviri Yahya Üstün məlumat verib.
Onun sözlərinə görə, bu qərarın Türkiyənin Meteoroloji Fövqəladə Hallar Komitəsi (MADKOM) tərəfindən qəbul edildiyi, uçuşlarla bağlı ən son məlumatın THY-nin rəsmi səhifəsində yayımlanacağı bildirilib.
Qeyd edək ki, sabaha gözlənilən güclü qar yağışı səbəbindən İstanbulda təhsil ocaqlarında da birgünlük ara verilib.

Nəşr edilib : 11.01.2026 21:30