NAXÇIVAN :

27 Noyabr 2024, Çərşənbə

İşsizlikdən sığorta fondunun 2025-ci il büdcəsi birinci oxunuşda təsdiqlənib

...

Azərbaycan parlamenti “İşsizlikdən sığorta fondunun 2025-ci il büdcəsi haqqında” qanun layihəsini birinci oxunuşda təsdiqləyib.

"Şərq qapısı" xəbər verir ki, qanun layihəsi Milli Məclisin noyabrın 27-də keçirilən plenar iclasının gündəliyinə daxil edilib.

Sənəd layihəsinə əsasən, İşsizlikdən sığorta fondunun 2025-ci il üzrə gəlir və xərcləri 260 700 000,0 manat məbləğində proqnozlaşdırılır.

Nəşr edilib : 27.11.2024 13:27