NAXÇIVAN :

22 May 2025, Cümə axşamı

İsrailin Azərbaycandakı səfirliyində bayraq endirilib

...

İsrailin Azərbaycandakı səfirliyində bayraq endirilib.

"Şərq qapısı" xəbər verir ki, bu barədə Səfirlik məlumat yayıb.

"İsrail Dövlətinin diplomatik nümayəndəlikləri Yaron və Saraya hörmət və matəm əlaməti olaraq bayraqlarını yarıya qədər endiriblər", - məlumatda qeyd edilib.

Qeyd edək ki, ABŞ-ın paytaxtı Vaşinqtonda İsrail səfirliyində çalışan iki nəfər güllələnərək öldürülüb. Şübhəli bilinən şəxs saxlanılıb.

Nəşr edilib : 22.05.2025 14:35