NAXÇIVAN :

16 Oktyabr 2024, Çərşənbə

İsrail Baş Konsulluğu yaxınlığında atəş açan şəxs zərərsizləşdirilib

...

İsrailin Münhendəki Baş Konsulluğu yaxınlığında atəş açan şəxs Almaniya təhlükəsizlik qüvvələri tərəfindən zərərsizləşdirilib.

"Şərq qapısı" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İsrail Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“İsrailin Münhendəki Baş Konsulluğu yaxınlığında atışma olub. Münhendə qətlə yetirilmiş İsrail idmançılarının xatirəsinə həsr olunmuş mərasimlə əlaqədar bu gün konsulluq bağlıdır. Atışma zamanı Baş Konsulluğun əməkdaşlarından xəsarət alan olmayıb”, - məlumatda bildirilib.

Nəşr edilib : 05.09.2024 13:30