"Ekranı bağla, həyatı aç" layihəsinə start verilib...
14:14 23.11.2024
0
0
0
İspaniyada 158 nəfərin ölümü, onlarla insanın itkin düşməsi ilə nəticələnən təbii fəlakət qurbanlarının sayının çox olmasının səbəbləri məlum olub.
"Şərq qapısı" xarici mediaya istinadla xəbər verir ki, Çiva şəhərində 1 kvadrat metrə 491 litr, Aemetdə isə 300 litr yağış düşüb. Lakin xarici ekspertlərin qənaətinə görə, yağıntının çoxluğu böyük rol oynasa da, yeganə səbəb deyil.
Region uzun illərdir quraqlıqdan əziyyət çəkdiyi üçün torpağın xüsusiyyəti dəyişib və suyu uda bilmir. Eyni zamanda, nəzarətsiz urbanizasiya və betonlaşma da yağıntının torpağa sızmasına mane olub.
Xarici ekspertlər vətəndaşların diqqətsiz davranmasının faciənin miqyasının genişlənməsinə səbəb olduğunu bildiriblər. Belə ki, dövlət qurumlarının xəbərdarlığına məhəl qoymayaraq sakinlərin çoxu yola çıxaraq özlərini riskə atıblar.
Digər xəbərlər