NAXÇIVAN :

21 Noyabr 2024, Cümə axşamı

İspaniyada daşqınlar nəticəsində ölənlərin sayı 70-i ötüb, əhaliyə xəbərdarlıq edilib

...

İspaniyadakı daşqınlar nəticəsində ən azı 72 nəfər həyatını itirib.

"Şərq qapısı" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İspaniyanın regional hakimiyyət orqanları məlumat yayıb.

Bildirib ki, Valensiya şəhərində ən azı 70 nəfər həyatını itirib. Yerli hökumət vətəndaşlara evlərini tərk etməməyi və lazım olmadığı müddətcə səyahət etməməyi tövsiyə edib.

Kastiliya La Mança muxtar ərzisinin rəsmiləri isə daşqınlar nəticəsində iki nəfərin həyatını itirdiyini əlavə edib. Onların arasında 88 yaşlı qadın da olub.

İspaniyanın Baş Naziri Pedro Sançes daşqının təsir etdiyi ərazilərdəki vətəndaşlara qarşıdan gələn günlərdə daşqının güclənə biləcəyi ilə bağlı xəbərdarlıq edib. O, yerli hökumətin və müvafiq qurumların təbii fəlakət səbəbi ilə gücləndirilmiş iş rejiminə keçdiyini də vurğulayıb.

Qeyd edək ki, İspaniyanın şərqindəki Valensiya bölgəsində çərşənbə axşamından başlayan leysan yağışları daşqınlara səbəb olub. Təbii fəlakət nəticəsində avtomobillərə, qatar relslərinə, evlərə və binalara ziyan dəyib.

Sinoptiklər gələcək fırtınalar barədə xəbərdarlıq ediblər.

Nəşr edilib : 30.10.2024 21:19