Milli Məclisin sədri ASEAN Parlamentlərarası Assam...
16:54 22.07.2026
0
0
0
ABŞ, Kanada və Meksikada təşkil olunan futbol üzrə dünya çempionatının qalibi müəyyənləşib.
"Şərq qapısı" xəbər verir ki, DÇ-2026-nın final oyununda İspaniya və Argentina milliləri üz-üzə gəliblər.
Nyu-York/Nyu-Cersi stadionunda keçirilən qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayıb.
Matçın ilk hissəsində hesab açılmayıb.
Görüşün əsas vaxtında qapılara qol vurulmayıb və matç əlavə vaxta gedib.
Əlavə vaxtın ilk hissəsi qolsuz bərabərliklə başa çatıb.
Uzatmaların ikinci yarısında İspaniya millisi hesabı açıb. 106-cı dəqiqədə Ferran Torres fərqlənib: 1:0.
Oyun bu hesabla başa çatıb və İspaniya millisi tarixində ikinci dəfə dünya çempionatının qalibi olub.
DÇ-2026
Final
19 iyul
23:00. İspaniya – Argentina 1:0
Qol: F. Torres, 106
Digər xəbərlər