NAXÇIVAN :

23 Fevral 2025, Bazar

İşğaldan azad olunmuş ərazidə mina hadisəsi olub, Qarabağ müharibəsi iştirakçısı Nağı İmanov xəsarət alıb

...

İşğaldan azad olunmuş ərazidə mina hadisəsi baş verib.

"Şərq qapısı" xəbər verir ki, Qarabağ müharibəsi iştirakçısı, "Azərbaycan Bayrağı Ordeni" ilə təltif edilmiş Nağı İmanov mina partlayışı nəticəsində xəsarət alıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və təcili tibbi yardım heyəti cəlb edilib.

Onun səhhəti ilə bağlı hələlik dəqiq məlumat yoxdur.

Nəşr edilib : 21.02.2025 19:04